Britaniyalı bloger Azərbaycanda unudulmaz təcrübə yaşadı
Məşhur britaniyalı səyahət blogeri Hari Jaqqard Azərbaycana etdiyi səfər zamanı başına gələn maraqlı hadisəni sosial şəbəkə hesabında paylaşdı. O, Lənkəranda bir restoranda içində pulu, sənədləri və digər əşyaları olan çantasını unutduğunu qeyd etdi.
Minval.info xəbər verir ki, təxminən bir saat sonra restorana qayıdan bloger çantasının toxunulmadığını gördü. Jaqqard, restoran əməkdaşlarına təşəkkür etmək üçün bəxşiş vermək istəsə də, onlar bunu qəbul etmədilər.
Bu hadisədən çox təsirlənən bloger, Azərbaycan xalqına təşəkkürünü video paylaşaraq bildirdi. O, Azərbaycanın dünyanın ən təhlükəsiz və qonaqpərvər ölkələrindən biri olduğunu vurğuladı. Qeyd edək ki, H.Jaqqardın sosial şəbəkələrdə milyonlarla izləyicisi var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib