24.07.2026 - 11:33
Hərbi xəbər 38 baxış

Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!

Böyük Britaniyada keçirilən sorğu ölkə vətəndaşlarının mümkün hərbi hücuma münasibətini ortaya qoyub.

Minval.info xəbər verir ki, “Sky News”un yaydığı məlumatda YouGov sosioloji şirkətinin sorğusunun nəticələri təqdim olunub.

Araşdırmaya görə, respondentlərin cəmi 6 faizi Böyük Britaniya genişmiqyaslı hərbi hücuma məruz qalacağı təqdirdə könüllü şəkildə ordu sıralarına qoşulmağa hazır olduğunu bildirib. Daha 14 faiz isə könüllü olmasa da, hərbi xidmətə çağırılacağı halda döyüşəcəyini deyib. Sorğuda iştirak edənlərin 17 faizi heç bir halda silaha sarılmayacağını qeyd edib.

İştirakçıların 52 faizi yaş və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olmadığını bildirib. Digər 17 faiz isə bu suala dəqiq cavab verməyib.

Sorğu göstərib ki, britaniyalıların əksəriyyəti yaxın on il ərzində ölkələrinin genişmiqyaslı hərbi hücuma məruz qalacağını gözləmir. Respondentlərin 51 faizi belə bir ssenarini real hesab etmir, 29 faizi bunun mümkün olduğunu düşünür, 20 faizi isə qərarsız qalıb.

Silahlı qüvvələrə inamla bağlı nəticələr də diqqət çəkib. Sorğuda iştirak edənlərin 53 faizi Böyük Britaniya ordusuna etibar etmədiyini bildirib. Ordusuna güvəndiyini deyənlərin payı 38 faiz, mövqeyini bildirməyənlərin payı isə 9 faiz təşkil edib.

Bununla yanaşı, respondentlərin 57 faizi hökumətin müdafiəyə kifayət qədər vəsait ayırmadığını düşünür. Bununla belə, onların əksəriyyəti müdafiə büdcəsinin vergilərin artırılması və ya sosial proqramların ixtisarı hesabına genişləndirilməsini dəstəkləmir.

Sorğunun nəticələrinə əsasən, britaniyalılar ölkələri üçün ən böyük təhlükə kimi hərbi hücumu deyil, iqlim dəyişikliyini qiymətləndirirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: