Britaniya əfqanlara müddətsiz yaşayış hüququ verəcək

Əfqanıstanda Britaniya ordusu ilə əməkdaşlıq edən bütün təxliyə olunan əfqanıstanlılar heç bir vaxt məhdudiyyəti olmadan Britaniyada qala biləcəklər.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, Britaniya hökumətinin bu qərarı “İsti qarşılama” əməliyyatı çərçivəsində həyata keçirilir.
Sənəddə deyilir ki, həmin şəxslərin hamısı həyatlarını yenidən qurmaq, iş tapmaq, təhsillərini davam etdirmək və yerli cəmiyyətlərinə inteqrasiya etmək üçün lazım olan həyati dəstəyi almalıdırlar.
“Əfqanıstanda Silahlı Qüvvələrlə işləyənlərə borcluyuq, onlara və ailələrinə Britaniyada həyatlarını yenidən qurmaq üçün lazım olan dəstəyi verməyə qərarlıyam”, – deyə Britaniyanın baş naziri Boris Conson bildirib.
Britaniya hökuməti əfqanıstanlı uşaqlar üçün əlavə məktəb yerləri yaratmaq üçün azı 12 milyon funt sterlinq ayıracaq və Britaniya universitetlərində əfqanıstanlı tələbələrin və aspirantların 300-ə qədərinə təqaüd verəcək. Bu kateqoriyalı əfqanıstanlıların sağlamlıq xidmətlərindən istifadə etmələri üçün əlavə 3 milyon funt sterlinq ayrılır və hər kəsə COVID-19 əleyhinə peyvəndlər təklif olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar