Braziliyada milyonlarla dəyəri olan tarixi əşyalar muzeylə birgə yandı - FOTO
Ölkənin ən qədim elmi qurumu olan Rio-de-Janeyrodakı Braziliya Milli Muzeyində dəhşətli yanğın hadisəsi baş verib.
Minval.info xəbər verir ki, yüzillərlə tarixi olan tapıntılar, sənət əsərləri və tarixi sənədlər də daxil olmaqla kolleksiyanın əksəriyyətinin məhv olduğu deyilir. Vaxtilə Portuqal kral ailəsinin iqamətgahı olan tikili, bu il 200 illik yubileyini də qeyd edib.
Yanğın bazar günü, idarənin qeyri-iş gününə təsadüf edib. Hadisənin səbəbi hələ naməlumdur. Muzeyin 20 milyon eksponatı içərisində, arxelojik tapıntılar, daşlaşmış qalıntılar və böyük bir asteroid parçası olub. Təbii tarixi kolleksiyalar, dinozavr sümükləri ve Qitədə ən qədim tapıntı olan “Luzia” olaraq bilinən 12.000 illik bir sklet eksponatlara daxil idi.
Bu bina həm də 1500-cü illərdən 1889-da cumhuriyyətin elan olunmasına qədərki bütün dövlət sənədlərin də ev sahibliyi edib. Muzeydə Yunan-Roma mədəniyyəti dövründən və Misirdən bir çox eksponatlar sərgilənib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib

