Braziliyada məhbus dəmir barmaqlıqları keçərək qaçdı
Braziliyada məişət zorakılığı şübhəsi ilə saxlanılan 39 yaşlı kişi polis bölməsindəki kameradan qaça bilib. Hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb.
Minval.info xəbər verir ki, saxlanılan şəxs kameranın metal barmaqlıqları arasındakı boşluqdan əvvəlcə başını və qollarını, daha sonra isə bədənini və ayaqlarını keçirərək, təxminən bir dəqiqə ərzində kameradan çıxıb.
O, daha sonra kamerasındakı ayaqqabılarını götürərək binanı əsas girişdən tərk edib. Məlumata görə, kişi hadisədən bir neçə saat əvvəl sərxoş vəziyyətdə 49 yaşlı həyat yoldaşına, onun 20 yaşlı qızına və qızının sevgilisinə hücum etməkdə şübhəli bilinərək saxlanılmışdı.
Polis hazırda qaçan şəxsin axtarışını davam etdirir. Onun tutulduğu barədə məlumat yoxdur. Hadisədən sonra məhbusun qaçdığı kamera bağlanıb və oxşar halların qarşısını almaq üçün konstruksiyasında dəyişikliklər ediləcəyi bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş