Böyükşor gölündə yaşıl dalğa: Təbiətin sirli rəng dəyişimi nəyi göstərir?
Böyükşor gölünün bəzi sahələrinin yaşıl rəngə büründüyü aşkar edilib. Bu vəziyyət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 14 avqust 2026-cı il tarixində qeydə alınıb.
Minval.info xəbər verir ki, ilkin müşahidələr göstərir ki, yaşıl rəngin daşların üzərinə yapışması və müxtəlif çalarlarda olması yosunların fotosintez prosesinin nəticəsi ola bilər. Bu dövr, avqust ayı, su hövzələrində fotosintetik orqanizmlərin, xüsusilə də yosun və sianobakteriyaların inkişafı üçün əlverişli şərait yaradır.
İsti su temperaturu, günəş işığının güclü olması və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu bu orqanizmlərin sürətli inkişafına səbəb ola bilər. Bu səbəbdən müşahidə edilən yaşıl kütlə mövsümi və təbii bioloji proseslərin nəticəsi ola bilər. Mərkəzi Laboratoriyanın əməkdaşları tərəfindən götürülən nümunələr üzərində aparılan laborator analizlər bu prosesin dəqiq mənşəyini və tərkibini müəyyən edəcək.
ƏLAQƏLİ
Dörd ölkədə elektrik kəsildi: Mərkəzi asiyanın enerji böhranı nə vaxt bitəcək?
Analizlərin nəticələrinə əsasən, müvafiq tədbirlər görüləcəkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qubada güclü zəlzələ: Sakinlər təhlükəsizlik tədbirləri görməyə çağırılır
Alıuşağı kəndində "qarayara" təhlükəsi: Xüsusi nəzarət postu quruldu
Qubada zəlzələ: Şimal bölgəsində yeraltı təkanlar narahatlıq yaratdı