“Böyük beşlik”də futbolçu satışından ən çox qazanan klublar açıqlanıb
Futbol üzrə “böyük beşlik” çempionatlarında transferlərdən ən çox qazanan klublar müəyyənləşib.
APA-nın məlumatına görə, “Monako” son 10 ildə futbolçu satışından ən çox qazanan klubdur.
Fransa Liqa1 təmsilçisi 2010-19-cu illərdə transferlərdən 1 milyard 29 milyon avro qazanıb. İkinci pillədə İngiltərə “Çelsi”si qərarlaşıb – 868 milyon.
İtaliya “Yuventus”u 787, Portuqaliya “Benfika”sı 780, İspaniya “Real”ı 763 milyon avroluq oyunçu satışı gerçəkləşdirib. Bu göstəricidə ilk “onluğ”a İspaniya “Atletiko”su (754), İtaliya “Roma”sı və İspaniya “Barselona”sı (hərəyə 726), İngiltərə “Liverpul”u (716) və Almaniyanın Dortmund “Borussiya”sı (678) da düşüb.
Qeyd edək ki, “Monako”nun bu 10 ildəki ən bahalı satışları hesab olunan Killian Mbappe PSJ-yə 135, Xames Rodriges “Real”a 75, Tom Lemar “Atletiko”ya 70 milyon avroya keçib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı