25.08.2026 - 11:54
Ölkə 22 baxış

Borc verənlərə Ali Məhkəmədən ciddi xəbərdarlıq!

Faiz müqabilində borc verilməsi, ilk baxışdan sadə bir mülki münasibət kimi görünsə də, bu sahədə ciddi hüquqi risklər mövcuddur. Xüsusilə, müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verən şəxslər bilməlidirlər ki, belə fəaliyyət müəyyən hallarda sadə borc münasibətindən çıxaraq onlar üçün hüquqi məsuliyyət məsələsi yarada bilər.

Minval.info xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Yəni fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil.

Lakin konkret şəxsə borc verilməsi ilə müxtəlif şəxslərə mütəmadi, sistemli və gəlir əldə etmək məqsədilə faizlə borc verilməsi eyni hüquqi hal deyil. Məhz bu fəaliyyətin xarakteri onun qanuniliyinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Müqavilə bağlanarkən və icra olunarkən nələrə diqqət edilməlidir? Faizlə borc münasibətləri yazılı şəkildə rəsmiləşdirilməli, müqavilədə əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilməlidir. Eyni zamanda, pulun faktiki olaraq verilməsi və sonradan qaytarılması da mümkün qədər sübut edilə bilən formada həyata keçirilməlidir. Bu baxımdan bank köçürmələri daha təhlükəsiz üsullardan biridir. Nağd ödənişlər həyata keçirilirsə, onların da müvafiq qəbz və digər sənədlərlə təsdiqlənməsi məqsədəuyğundur.

Çünki məhkəmə mübahisəsi zamanı “pul vermişəm”, “pul qaytarılıb”, “faiz ödənilib” kimi şifahi izahatların deyil, bunları təsdiq edən sübutların əhəmiyyəti böyükdür.

Faizlə borcvermə nə vaxt qanunsuz fəaliyyətə çevrilə bilər? Əgər şəxs gəlir əldə etmək məqsədilə müxtəlif və qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc verirsə, artıq onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: