Boksçularımız Rusiyada 10 qızıl medal qazanıb

Rusiyanın Stavropol şəhərində boks üzrə kadet, yeniyetmə, gənclər və kişilər arasında beynəlxalq turnir keçirilib.
Azvision.az xəbər verir ki, yarışda ölkəmizi 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və “Qızıl Əlcək” idman klubunun boksçuları təmsil ediblər. Komandamız turnirdə 10 qızıl, 2 gümüş, 11 bürünc medal qazanıb.
Kadetler arasında Ayaz Tağızadə (26 kq), Rauf Allahverdiyev (46 kq), Pərviz Aram (32 kq) çempion olublar. Yeniyetmələrin yarışında Amin Məmmədzadə (38,5 kq), Firudin Məmmədov (63 kq) və Davud İbrahimov (66 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Gənclərin mübarizəsində Ağasəlim Mustafazadə (60 kq), Türkeş Mustafayev (69 kq), kişilərin yarışında isə Pərvin Heydərov (69 kq) və Elsən Huseynov (+91 kq) çempion olublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib
Darren Maki: "Qarabağ"a qarşı oynaya biləcək istedadlı oyunçularımız var"
AFFA "Qarabağ" və "Neftçi"ni cərimələyib
Dünya çempionatı ilə gündəmə gələn VAR sistemi nədir? - ƏTRAFLI
Qurban Qurbanov: “Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq”
Kriştianu Ronaldu PSJ ilə danışıq aparır