“Bohema”ya görə üç ölkənin sənətçiləri Bakıda birləşir
Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş olunacaq.
Səhnə əsərində əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Əməkdar artist Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist Vladimir Qromov (Marsel) dəvət edilib.
Operada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış edəcəklər.
Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.
(Axşam.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər