BNA 2 həftəyə 50 mindən çox sürücünü cərimələdi
“Bu günə qədər 73 minə yaxın sürücü cərimələnib”.
“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli “ASAN radio”nun “QəbuldASAN” verilişində bildirib.
Onun sözlərinə görə, BNA-nın iki həftə ərzidə 54 min sürücünü cərimələdiyini deyirlər: “54 min nəfər nəqliyyat vasitəsini almaq imkanı olan insanlardır. Biz 54 min insanın narazılığına qulaq asmalıyıq, yoxsa ictimai nəqliyyatdan istifadə edənlərin? Cərimə 20 AZN-dir, əgər üç gündə ödənilirsə bu, 18 AZN olur: “Hazırda 73 min nəfərin cəriməsi araşdırılır. Ola bilsin ki, nömrələrində problemlər mövcuddur. Şikayətçiləri qəbul edib, onların tələblərini nəzərə alırıq”.
V.Kərimli dayanacaqlarla bağlı məsələdən də danışıb: “Hazırda dayanacaqlarla əlaqədar işi yekunlaşdırmaq üzrəyik. Belə ki, intellektual kameraların quraşdırılması nəzərdə tutulur. Bu, şəhərin bütün dayanacaqlarında təşkil ediləcək. Məqsədimiz işi il ərzində yekunlaşdırmaqdır. Martın ortalarında Yeni Yasamalda, əsasən Şərifzadə küçəsində bu istiqamətlərdə kameralar quraşdırılacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rafiq Əliyevin adı 1,6 milyon dollarlıq dələduzluqda hallandı
Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib - VİDEO
42 dərəcə isti ilə bağlı daha bir xəbərdarlıq
Sabah Bakıda sulu qar yağa bilər
Bu ölkədən Bakıya birbaşa aviareyslər olacaq
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı
Bakı metrosunda sıxlığın səbəbi bilindi - Açıqlama