BMT baş katibi Şimali Koreyanın raket buraxılışını pisləyib
BMT-nin baş katibi Antoniu Quterreş Şimali Koreyanın iki raket buraxmasını pisləyib və Pxenyanı təxribat xarakterli addımlardan çəkinməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə BMT-nin saytında baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində deyilir.
“Baş katib KXDR tərəfindən daha bir qitələrarası mənzilli ballistik raketin buraxılışını qətiyyətlə pisləyir”, – o deyb.
Bəyanatda qeyd olunur ki, A.Quterreş yenidən Pxenyanı “hər hansı növbəti təxribatçı hərəkətlərdən dərhal imtina etməyə, Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələri üzrə beynəlxalq öhdəliklərinə tam əməl etməyə və davamlı sülhə və Koreya yarımadasının tam, yoxlanıla bilən nüvəsizləşdirilməsinə aparan dialoqu bərpa etməyə çağırır”.
Qeyd edək ki, Pxenyan bazar ertəsi Yapon dənizinə ballistik raket atıb. Raket dənizə düşüb.
Bu arada, Yaponiya Sahil Mühafizəsi KXDR-dən daha iki ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə XİN-dən ABŞ-a sərt reaksiya
Somalidə son 40 ilin ən böyük quraqlığı baş verib
Güclü külək Tbilisidə fəsadlar törədib
Əfqanıstanda türk mənşəli 8 uşaq acından ölüb
Con Kennedinin qətli ilə bağlı daha 3500 sənəd dərc edilib
ÜST: Afrikanın 5 ölkəsində əhalinin 40%-dən çoxu peyvənd olunub
Uşaq qatili olan tibb bacısı tutulub