22.08.2026 - 20:26
Ölkə 36 baxış

Blogerin Bakı metrosu şikayəti: Rəsmi cavab gəldi

Bloger Afət Abdullayeva Bakı Metropoliteni və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazılığını ifadə edib. O, sosial şəbəkə hesabında paylaşım edərək ictimai nəqliyyatda ciddi problemlərin olduğunu iddia edib.

Minval.info xəbər verir ki, bloger metropoliten rəhbərliyinin qatarlardan istifadə etmədiyini və vəziyyətdən xəbərsiz olduğunu bildirib. O, beş stansiya boyunca 1 saat 10 dəqiqə qatar gözlədiklərini, qatarların gecikdiyini və avtobusların sayının artırılmasının vacibliyini vurğulayıb. Afət Abdullayeva səlahiyyətli şəxslərin nəqliyyat vasitələrindən istifadə edərək sıravi şəxslərin yaşadığı çətinlikləri görmələrini tövsiyə edib.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-yə sorğu göndərilib. Qurumdan bildirilib ki, Qırmızı xətt üzrə qatarların hərəkəti normal iş rejimində təmin olunur və hər hansı texniki nasazlıq səbəbindən xətdən qatar çıxarılmayıb. Xətlərin ayrılması layihəsi çərçivəsində Qırmızı xətt üzrə müstəqil hərəkət təşkil olunması intervalın 1 dəqiqə azaldılması ilə bağlı tədbirlərin görülməsinə şərait yaradıb. Nəticədə, interval 2 dəqiqə 30 saniyəyə endirilib.

“Həzi Aslanov” stansiyasının dalan yolunda yenidənqurma işləri davam edir və bu səbəbdən “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasında məkik hərəkət təşkil edilib. Gün ərzində normativ tələblərə uyğun baxış, qulluq və xidmət göstərilməsi üçün qatarlar “Nərimanov” stansiyasından xəttə daxil olur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: