Bloger Orduxan Teymurxan axtarışa verildi
Hollandiyada yaşayan mühacir bloger Orduxan Teymurxan oğlu Bəbirov barədə həbsli axtarış qərarı çıxarılıb.
Məhkəmə bu qərarı prokurorluğun təqdimatı əsasında verib.
Bu barədə “Azadlıq” radiosuna prokurorluqdakı mənbədən bildirilib.
Mənbənin məlumatına görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra şəxslər, o cümlədən sosial şəbəkələrdə “Orduxan Teymurxan” adıyla tanınan O.Bəbirov haqqında da cinayət işi başlanıb. Onun haqqında həbsli axtarış qərarının çıxarılması üçün prokurorluq Nəsimi Rayon Məhkəməsinə müraciət edib: “Noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova bu işə baxıb və qərar çıxarıb”.
O.Teymurxan təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa çağırışlar etmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar – təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.
Nəsimi Rayon Məhkəməsindəki mənbə də “Azadlıq” radiosuna xəbəri təsdiqləyib.
Qanunda blogerin ittiham olunduğu maddələrdə terrorçuluğa açıq çağırışa görə 5 ilə qədər, kütləvi iğtişaşlara çağırışa görə 3 ilə qədər, dövlət əleyhinə yönəlik çağırışlara görə isə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çin istehsalı olan telefonların keyfiyyəti necədir, almağa dəyərmi? - CAVAB
Bakıda "qaz idarəsinin işçisi" mənzilə basqın edib
BNA əməkdaşına hücuma cəhd edən şəxs müraciət edib
Altı vəzifəli şəxs barəsində CİNAYƏT İŞİ - AZƏRBAYCANDA
Baş Prokurorluq “Masazır” gölü ilə bağlı araşdırmalara başladı
Yol polisinin “BMW”-ləri satışa çıxarıldı – QİYMƏT