"Arzum 999"un məhkəmə prosesi davam edir
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbi ilə tanınan bloger İlduzə Hacıyevanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Minval.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
İlduzə Hacıyeva özünü təqsirli bilmədiyini bildirib. O, ifadəsində həmin gün qızı və rəfiqəsi ilə dənizə getdiyini qeyd edib. “Sürət həddimiz 70-80 idi, dönmək istəyəndə arxadan sürətlə gələn avtomobil maşınımıza çırpıldı. Qorxudan dizlərim tutuldu və özümdən getdim,” – deyə Hacıyeva əlavə edib.
ƏLAQƏLİ
Faciəvi qəzada ölən gəncin anası müraciət yaydı: “Təqsirkar layiqli cəzasını almalıdır!”
O, Almaniyada olarkən hədələyici mesajlar aldığını və bu barədə müstəntiqə məlumat verdiyini də bildirib. Hacıyeva ifadə vermək üçün Bakıya qayıtdığını, lakin ölkədən çıxışına qadağa qoyulduğunu qeyd edib.
Zərərçəkənin hüquqi varisi İ.Məlikova qətimkan tədbirinə etiraz edib və hadisə zamanı kömək edənlərin də kiminsə övladı olduğunu vurğulayıb.
Məhkəmədə şahidlər də ifadə verib. Şahid Babək Piriyev, İlduzə Hacıyevanın idarə etdiyi avtomobilin icarədarı olduğunu və hadisədən sonra maşını aeroportdan götürdüklərini bildirib.
ƏLAQƏLİ
“İdrak” liseyi güllələnən müəllimin yerinə kadr axtarır – Yeniyetmənin “sirrli planı” məhkəmədə açıldı
Növbəti məhkəmə prosesi avqustun 7-nə təyin edilib. Hadisə 2025-ci ilin iyununda Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. “Changan” markalı avtomobili idarə edən “Arzum” sola dönmə manevri edərkən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü Amal Məlikov həyatını itirib, həyat yoldaşı isə ağır yaralanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏMüəllimini güllələyən şagirdə hökm oxundu
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
İrandan təhlükəli siqnal: Qırmızı dəniz bağlana bilər
“Space TV“ onu günahlandırdı - “Kanalı bu vəziyyətə saldı”