Biznesmen Tsarukyan Paşinyana qarşı ittifaq yaradır

Yaxın zamanlarda “Çiçəklənən Ermənistan” partiyasının lideri, biznesmen Qaqik Tsarukyan parlamentdə təmsil olunmayan siyasi qüvvələrlə danışıqlara başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazır.
Bildirilir ki, danışıqlarda məqsəd növbədənkənar parlament seçkilərində vahid blokla iştirak etməkdir.
Siyasi bloka “İrs” partiyası, Erməni ümummilli konqresi, Andreas Qukasyan, Samvel Babayan, Seyran Ohanyan, Erməni milli konqresi və digər xırda partiyaların daxil olacağı gözlənilir.
Tsarukyan həmçinin “Sasna tsrer” partiyasına əməkdaşlıq təklif edəcək. Bu partiyanın üzvləri məhz Tsarukyanın təqdim etdiyi pul girovunun müqabilində həbsxanadan çıxa biliblər.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qızılın qiyməti FES-in qərarını gözləyir
Türkiyə şirkəti sanksiya siyahısından çıxarıldı
İraq nefti yeni marşrutla Suriyaya daşınır
ABŞ SEPAH katerlərini raketlərlə məhv etdi
ABŞ Səudiyyəyə hərbi dəstəyi dayandırdı
Almaniyada İranla bağlı gizli hərbi görüş baş tutdu
ABŞ-ın İranla müharibəsi 42 milyarda çatdı