“Biz xalq artisti deyilik ki...” — Siyavuş Novruzov

Deputat Siyavuş Novruzov Milli Məclisdə Fazil Mustafanın Milli Məclis haqqında səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
“Ölkə.Az” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən S.Novruzov deyib ki, bəziləri gecə-gündüz fəaliyyət göstərən Milli Məclis və deputatlar haqqında fikir bildirirlər:
“Bildirir ki, islahat Milli Məclisdən başlamalıdır. Bunu Fazil Mustafa buu günlərdə mətbuata verdiyi müsahibədə deyib. Bunu sosial şəbəkədəki fəaliyyətlə bağlı bildirib. Hansı birinizin sosial şəbəkədə işləməyinizə bir söz deyilib?! Hamının sosial şəbəkə hesabı var. Kimə maneçilik törədilib? Burada media nümayəndələri də iştirak edir. Mediaya kimsə rəhbərlikdən deyib ki, filankəsin yazısını verim, filankəsinkini verməyin?! Biz xaricdə Azərbaycana qarşı qarayaxma aparan qüvvələrlə mübarizə aparaq, yoxsa içimizdə olanlarla?! Biz xalq artisti deyilik ki, “Instagram”da oturaq. Milli Məclisin vəzifəsi özünün şəxsi maraqlarını təmin etmək deyil. Kimsə deyir ki, məsələnin ona aidiyyatı yoxdur. Kiminsə səviyyəsinə düşmək istəmir. Hansı səviyyədənsə səviyyənə uyğun cavab ver. Hər bir fikri irəli sürəndə ölçülü- biçili sözlərlə onu ifadə etmək lazımdır. Kim hansı fəaliyyət göstərmək istəyirsə o fəaliyyətini də göstərir. Azərbaycanda söz, mətbuat, internet azadlığı var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır
Məhv edilən narkotrafik, talanan Qarabağ, riyakar qonşuluq - TƏHLİL
Brüsseldə Qarabağla bağlı layihə: Ədalətsiz qərar dəyişdirildi
İvanişvilinin reytinqi sürətlə düşür, Tiflisdə etirazlar isə...
Polad Bülbüloğlu: “Sülh danışıqları sonsuzadək davam edə bilməz”
Milli Məclis komitə və komissiya iclaslarını dayandırır