24.08.2026 - 12:48
Ölkə 32 baxış

Birbank-dan sahibkarlara onlayn kredit imkanı!

Ölkənin ilk rəqəmsal bankı olan Birbank, sahibkarların maliyyə əlçatanlığını artırmaq məqsədilə yeni bir addım atıb. Artıq kiçik və orta biznes sahibləri mikro biznes kreditlərini həm Birbank, həm də Birbank Biznes mobil tətbiqləri vasitəsilə əldə edə bilərlər.

Minval.info xəbər verir ki, sahibkarlar biznesləri üçün əlavə maliyyə dəstəyi lazım olduqda, bu iki tətbiqdən birini seçərək rahatlıqla müraciət edə bilərlər. Kredit müraciətinin bütün mərhələləri rəqəmsal şəkildə həyata keçirilir və 50 000 AZN-dək mikro biznes krediti tamamilə onlayn şəkildə rəsmiləşdirilir. Bu prosesdə banka və ya filiala getməyə, zamin və girov təqdim etməyə ehtiyac yoxdur. Müraciət zamanı sənəd təqdim edilməsi də tələb olunmur. Dəyərləndirmə biznesə baxış keçirilmədən aparılır və kredit müraciəti bankın mövcud kredit siyasəti və risk qiymətləndirməsi əsasında həyata keçirilir. Həmçinin, kredit sənədləri tətbiq daxilində elektron qaydada imzalanır və müraciət təsdiqləndikdən sonra kredit vəsaiti sahibkarın hesabına köçürülür.

Mikro biznes kreditindən yararlanmaq üçün sahibkarın VÖEN-i və ya Kapital Bank-da AZN valyutalı sahibkar hesabı olması kifayətdir. Hesabı olmayan sahibkarlar isə Birbank Biznes tətbiqindən asanlıqla hesab aça bilərlər.

Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbə və 13 Rəqəmsal Mərkəz ilə Azərbaycanda ən böyük filial şəbəkəsinə malikdir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat üçün birbank.az saytına və ya 196 Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: