Bir süni intellekt yanaşması ilə ai4 2026-da diqqət Mərkəzində oldu
Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir, korporativ süni intellekt (Sİ) yanaşmasını ABŞ-də keçirilən ‘Ai4 2026’ konfransında təqdim edib. Bu tədbir süni intellekt sahəsində dünyanın ən nüfuzlu platformalarından biri hesab olunur.
Minval.info xəbər verir ki, Las-Veqas şəhərində baş tutan konfransda 90-dan çox ölkədən 12 mindən çox iştirakçı, 1000-dən çox spiker və 400 sərgi iştirakçısı iştirak edib. 2018-ci ildən keçirilən bu tədbir, süni intellektin real biznes mühitində tətbiqi, generativ Sİ və digər qabaqcıl texnologiyaların inkişafını müzakirə edən qlobal bir platformadır.
Konfransda Bir ekosistemini Data və Sİ idarəsinin Baş direktoru Valeh Nəbiyev və Sİ Ofisinin lideri Seymur Şabanlı təmsil ediblər. Valeh Nəbiyev, ‘Korporativ Sİ əməliyyat sisteminin qurulması: Sİ-nin təşkilati imkana çevrilməsi’ mövzusunda çıxış edərək, süni intellektin təşkilat daxilində sürətli və geniş miqyasda tətbiqinə imkan verən sistemlərin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Bir ekosisteminin nümayəndələri, konfrans çərçivəsində müxtəlif ölkələrdən olan Sİ və data liderləri ilə fikir və təcrübə mübadiləsi aparıblar. ‘Ai4 2026’ proqramı, biznesdə süni intellektin real tətbiqləri ilə yanaşı, ‘Sİ agentləri’, ‘Generativ Sİ’, ‘İdarəetmə və məsuliyyətli Sİ’ kimi mövzuları da əhatə edib.
Bir-in ‘Ai4 2026’da iştirakı, qlobal Sİ trendlərini və real tətbiq nümunələrini yaxından izləmək, həmçinin korporativ Sİ transformasiyasına dair yanaşmasını beynəlxalq peşəkar ictimaiyyətlə bölüşmək baxımından əhəmiyyətlidir. Bir, Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah dəniz necə olacaq?
Fuad Nağıyev yeni müşavir təyin etdi: Nigar Cəbrayılova kimdir?
Futbol matçı faciəyə çevrildi: "Sumqayıt" kapitanı özünə xəsarət yetirdi
Azərbaycan cüdoçularından İspaniyada möhtəşəm zəfər: İki qızıl medal!
Azərbaycanlı gəncin oksforda gedən yolu: Necə yüksək zirvələr fəth edildi?
Azərbaycan səmalarında nadir an: Ay tutulmasını qaçırmayın!