Bir sıra marşrut xətləri üzrə dəyişikliklər edildi - SİYAHI

İctimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması işləri çərçivəsində bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişikliklər edilib.
Bakı Nəqliyyat Agentliyindən Minval.İnfo-ya verilən məlumata görə, dəyişikliyə əsasən, 12 və 44 nömrəli müntəzəm marşrut xətləri bir-birini təkrarladığından onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib.
62 və 81 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib. Qeyd edilən hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək.
64 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib.
88 nömrəli müntəzəm marşrut xətti üzrə isə sərnişindaşıma xidmətinin təşkili “BakuBus” MMC-yə həvalə edilib.
Qeyd edilən dəyişikliklər 01.01.2019 tarixindən tətbiq ediləcək.
Minval.İnfo / Samral
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!