Bir sinifin bütün məzunları tələbə adı qazandı

Astarada bir məktəb tələbə qəbulunda rekorda imza atıb. Bir sinifin bütün məzunları ali məktəbə qəbul olaraq tələbə adını qazanıblar.
Minval.info Xəzər TV-yə istinadən bildirir ki, Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə yaradılan təmayül sinifləri artıq öz yüksək nəticəsini göstərir. Məktəbin humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü 11-a sinfinin 17 məzununun hamısı builki buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıblar. Sinfin ən yüksək nəticə göstərən şagirdlərindən biri Fatimə Dadaşovadır. Doqquzuncu sinfə qədər heç bir repetitor yanına getmədən fərqlənmə attestatına layiq görülən Fatimə bildirib ki, yalnız bir ildə məşğələlərə qatılıb.
Sinfin məzunlarından 2 nəfəri 600-dən, 2 nəfəri 500-dən, 13 nəfəri isə 300-400 baldan yuxarı nəticə ilə müxtəlif ali məktəblərinə qəbul olunublar.
Sinif rəhbəri Gülnar Məlikzadə isə deyir ki, uşaqlar arasında hər zaman sağlam rəqabət olub. Onların uğur qazanması həm də müəllim-şagird-valideyn əməkdaşlığının düzgün qurulmasının məntiqi nəticəsidir.
Qeyd edək ki, bu məktəbin 36 məzunundan 33-ü ali və orta ixtisas məktəblərinə qəbul olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu
Su, qaz və işıqla bağlı yeni tələblər təsdiqlənib
Prezidentin yeni vəzifə verdiyi rəis kimdir? - FOTO
Deputat Cavanşir Feyziyevin qanunsuz pul əməliyyatı ifşa edildi
Kondinsionerin uşaqlara mənfi təsiri - Pediatr açıqladı