Bir İki Döner Shop və Wolt-dan uğurlu əməkdaşlıq
Bir İki Döner Shop 2014-cü ildə fəaliyyətə başlayıb və bu günə qədər Azərbaycanda ‘Dönerism’ konsepsiyasını yaradan və populyarlaşdıran ilk brend olaraq 13 şöbəyə malikdir. Ənənəvi dönərə fərqli və müasir yanaşma gətirərək, məhsulların dadı və keyfiyyəti ilə yanaşı, təqdimata və xidmətə də xüsusi diqqət yetirir.
Minval.info xəbər verir ki, son dövrlərdə insanların evdən və ya ofisdən çıxmadan sürətli, rahat və dadlı yemək sifarişinə olan tələbatının artması ilə əlaqədar olaraq, Bir İki Döner Shop Wolt ilə əməkdaşlıq etməyə qərar verib. Bu əməkdaşlıq nəticəsində böyük və loyal müştəri auditoriyası qazanılıb. Wolt-un rahat rəy sistemi vasitəsilə müştərilərdən mütəmadi olaraq geri dönüş alınır, onların fikirləri və istəkləri öyrənilir.
Wolt-un reklam və marketinq imkanları sayəsində endirimlər, sərfəli kombo təkliflər, yeni filialların açılışı və menyudakı yeniliklər barədə insanları operativ şəkildə məlumatlandırmaq mümkün olub. Bu əməkdaşlıq çərçivəsində həm Wolt-un özü, həm də digər brendlərlə bir sıra maraqlı kollaborasiyalar həyata keçirilib ki, bu da brendin tanınmasına böyük töhfə verib.
Wolt-un hesabat sistemi və admin paneli işimizi xeyli asanlaşdırır. Platforma ilə işləmək çox rahatdır və təqdim olunan məlumatlar gündəlik olaraq müştərilərimizin tələbatını daha yaxşı anlamağa və onların istəklərinə daha operativ cavab verməyə kömək edir. Əlavə satış kanalı, geniş auditoriyaya çıxış və şəxsi kuryer heyətinə ehtiyacın azalması kimi üstünlüklər də bu əməkdaşlığın faydaları arasındadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Renat Dadaşov Ukraynanın 'Bukovina' klubunda!
Bakıda göz rəngi əməliyyatı görməni zəiflətdi
Bakıda arıçılıq məhsullarının yarmarkası başlayır
Gənclik Mall önündə tıxacın gizli səbəbi açıqlandı
Azərbaycanın demoqrafik gələcəyi təhlükədədir
Lənkəranda nərdivandan yıxılan yaşlı kişi öldü
Biləcəri enişində yol tam bağlanacaq