Bir güləşçimiz erməniyə qalib gəldi, digəri uduzdu
İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.
Minval.info xəbər verir ki, ötən gün 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz İsmayıl Abdullayev Gürcüstan və Yunanıstan idmançılarını üstələsə də, yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşü məğlub başa vurub.
Bu gün isə güləşçimiz bürünc medal uğrunda erməni idmançı Hrayr Alixanyanla qarşılaşıb və 10:5 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.
Qeyd edək ki, bu gün 61 kq-da mübarizə aparan güləşçimiz İntiqam Vəlizadə qızıl medal uğrunda erməni idmançı Vazgen Tevanyana 2:5 hesabı ilə məğlub olub. 92 kq çəkidə güləşçimiz Asxab Həmzətov isə qızıl medal uğrunda rusiyalı güləşçi Əzəmət Zakuyevlə qarşılaşacaq.
Həmçinin 125 kq-da Rahid Həmidli Polşa idmançısı Yakub Brılevski ilə bürünc medal görüşünə çıxacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!