Bir ədədi 5 manata satılan YAŞIL YUMURTA – Bəyazdan nə ilə fərqlənir?

Dünyada son dövrlər məşhurlaşmağa başlayan yaşıl yumurtaya tələbat çox olduğundan, qiyməti də kifayət qədər yüksəkdir.
Medicina.az xəbər verir ki, sözügedən yumurtanın hamilə qadınlar və uşaqlar üçün daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğu bildirilir. Bu səbəbdən də bəyaz yumurta ilə müqayisədə yaşıl yumurtanın qiyməti xeyli bahadır.
Mütəxəssislər isə yaşıl yumurtanın faydaları ilə bağlı yayılan məlumatlara son qoyan açıqlama ilə çıxış ediblər.
Uludağ Universitetinin Baytarlıq Fakültəsinin müəllimi, professor Mustafa Tayyar yaşıl yumurtanın digərlərindən sadəcə rənginə görə fərqləndiyini deyib.
O, yumurtanın qiymətinin isə idxalçının tələbinə uyğun olaraq tənzimləndiyini vurğulayıb:
“Yaşıl və mavi yumurta Şimali Amerika kökənli toyuq irqinin məhsuludur. Bir ədədi 5 manata satılır. Qiymətinin belə baha olması idxalçının tələbindən asılıdır. Digərlərindən yalnız rəngi ilə fərqlənir. Əslində digərləri ilə eyni qiymətə satılmalıdır. Bu yumurtalarda daha çox vitaminin olması fikri isə tamamilə əfsanədir. Yumurtanın rəngi sadəcə o yumurtlayan toyuğun irqindən asılıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada yeni sərhəd sistemi təxirə salındı
Balqabaq mövsümü başladı: Qiymət və faydaları açıqlanır
Chandra altı qalaktikada 84 sirli obyekt aşkarladı
Adil Əliyev: "Bar verməyən ağaca daş atan olmur
Vergi xidmətinin təcrübəli əməkdaşı dünyasını dəyişdi
Süni intellekt hansı peşələri yox edəcək?
Şəkidə faciə: "rolik" iki can aldı