Bir ailənin 10 üzvünün cəsədi tavandan asılmış halda tapılıb
Hindistanın paytaxtı Delhidə bir ailənin 10 üzvünün cəsədi tavandana asılmış halda tapılıb.
Minval.info xəbər verir ki, Hindistan polisi bir evdən tavandan asılmış 10 və yerdə qalmış 1 cəsəd tapıb. Yerdəki cəsəd 70 yaşlı bir qadına aiddir. Asılmış bədənlər isə ailənin digər üzvrlərinə aiddir. Ölümlərin səbəbi hələ ki bəlli deyil və polis cinayət ehtimalı üzərində dayanıb.
Axtarışlardan sonra evdə əllə yazılmış “mistik ayinlərə” aid mətnlər tapılıb. Ailənin mistik ayin həyata keçirdiklərinə dair şübhələr var. Bəziləri düşünür ki, ailə ilahi ruhlarla əlaqəyə girməyə cəhd edib və nəticədə hamısı özünü asıb.
Ancaq cəsədlər əlləri bağlı şəkildə asıldığı üçün, yenidən cinayət ehtimalı barədə düşünülür. Ailənin saxladığı it isə canlı şəkildə tapılıb. Qonşular bu hadisədən şoka düşdüklərini bildirib, onların sözlərinə görə, ailə çox xoşbəxt yaşayırdı və hər kəslə qaynayıb-qarışırdı.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Ebola Konqoda 3 mindən çox can aldı
Qızılın qiyməti inflyasiya öncəsi yüksəldi
İranın raket hücumu: ABŞ bazasında ziyan var