“Binance” kriptobirjasına hücum necə həyata keçirilib?
Dünyanın ən iri kriptovalyuta birjalarından biri olan “Binance”, mümkün haker hücumuna məruz qaldıqdan sonra vəsaitlərin yatırılması və çıxarılması əməliyyatlarını müvəqqəti olaraq dayandırıb.
Publika.az-ın məlumatına görə, şirkətin rəsmi açıqlamasında bildirilib ki, vəsaitlərin çıxarılması xidməti müvəqqəti dayandırılıb. Hazırda komanda, xidmətin və onunla bağlı ünvanların təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üzərində çalışır. Xidmətin 48 saat ərzində bərpa olunması gözlənilir və bu barədə əlavə məlumatlar da paylaşılacaq.
Hadisə bir neçə amilin təsiri nəticəsində baş verib və təhlükəsizlik komandası hücumun bütün mərhələlərini araşdırır. İlkin ehtimallara görə, hücum edənlər sistemə daxil olmaq üçün ələ keçirilmiş kompüterdən istifadə ediblər. Hadisənin əsas səbəblərini açıqlayan ətraflı hesabat yaxın zamanda dərc olunacaq.
“Binance”in rəsmi kommunikasiya kanalları vasitəsilə yeniliklər barədə məlumatlar verilməyə davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynanın uzaqmənzilli hücumları genişlənir
İsrail ordusu Hebronda hərbi əməliyyatları davam etdirir
İspaniyadakı qatar qəzalarında İsrail izi?
İsraildə seçki nəticələrinə dair gərginlik artıb
Rusiyanın Ukraynada dəmiryolu stansiyasına hücumu: 13 ölü, 10 yaralı