Binəli Yıldırımdan Bakıda kritik S-400 AÇIQLAMASI: "NATO ölkələrinə qarşı..."
Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Binəli Yıldırım Azərbaycana səfəri çərçivəsində kritik açıqlamalar verib.
Publika.az xəbər verir ki, parlament sədri “İctimai Televiziya”ya açıqlamasında Rusiyadan alınacaq S-400 havadan müdafiə sistemi haqqında danışıb.
B.Yıldırım alınacaq sistemlərin heç zaman NATO ölkələrinə qarşı təhdid olmayacağını bildirib.
Türkiyə-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq çərçivəsində tam sürətlə inkişaf etdiyini deyən parlament sədri S-400-ün Türkiyə üçün əhəmiyyətindən danışıb:
“Suriyada, İraqda yaşananlar və Amerikanın Rusiyaya, İrana tətbiq etdiyi embarqolar Türkiyəyə qarşı mənfi davranışlardır. Bizim region ölkələri olaraq daha səmimi əməkdaşlığa daxil olmağımız vacibdir. Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək məcburiyyətindədir. Bunun üçün təsirli bir sistemə ehtiyacı var. Biz bir NATO ölkəsiyik. İstərdik ki, bu ehtiyacımızı NATO ölkəsi qarşılasın. Ala bilmədik. Buna görə də Türkiyəni müdafiəsiz qoymalı deyildik. S-400 heç zaman NATO ölkələrinə təhdid olmayacaq. Bizim öz müdafiəmizi təmin etmək üçündür. Amerika versəydi, NATO-dakı digər Avropa ölkələri versəydi, belə yola girməzdik. Sistemlə cənub sərhədlərimizdən gələn raketləri qarşılayıb, dayandıracağıq. Yunanıstan da NATO ölkəsidir və daha əvvəl bu sistemdən aldı. Ona kimsə bir şey demir. Türkiyə suveren ölkədir, öz qərarını verir və arxasında durur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
