Bezidirici reklamlardan canımız qurtulur
15 fevralda “Google” şirkəti “Chrome” brauzerində zəhlətökən reklam elanlarını bloklamağa başlayıb.
Minval.İnfo ICTnews-a istinadən xəbər verir ki, brauzerə qurulmuş reklamları bloklayan mexanizm koalisiya tərəfindən hazırlanmış standartları pozan bəzi növ reklam elanlarının aşkar edilməsi üçün nəzərdə tutulub.
Qəbuledilməz elanlar kateqoriyasına üzə çıxan pəncərələr, avtomatik işə düşən səsli videolar, saytın yüklənməsindən öncə ekranda görsənən taymerdən istifadə edən reklam və başqa elan növləri daxildirlər.
Zəhlətökən reklamla mübarizə prosesi üç mərhələdən ibarətdir. İlk öncə “Google” şirkəti saytları koalisiyanın standartları baxımından qiymətləndirir. Bu və ya digər sayt yoxlanmadan keçmədiyi halda onun sahibi müvafiq xəbərdarlıq alır və 30 gün ərzində çatışmazlıqları aradan qaldırmaq imkanına malikdir. Xəbərdarlığa əhəmiyyət verilmədiyi halda “Google Chrome” brauzeri həmin saytdakı bütün reklam elanlarını bloklayacaq. “Google Chrome” brauzerinin masaüstü və mobil versiyasının istifadəçiləri lazım olduqda bu və ya digər səhifədə reklamın bloklanmasını deaktiv edə biləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır