Beş nəfər dəm qazından zəhərləndi, biri uşaqdır
Lənkəranda beş nəfər dəm qazından zəhərlənib.
Rayonda 2 zəhərlənmə hadisəsi qeydə alınıb. Belə ki, bir dəm qazından zəhərlənmə şəhərin Füzuli keçəsində baş verib. Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Kazımzadə Elmira qızı, 2002-ci il təvəllüdlü Kazımzadə Sevinclə hamamda çimərkən dəm qazından zəhərləniblər. Dərhal onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Dəm qazından zəhərlənən ana və qızı ilkin tibbi yardım göstəriləndən sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Kazımzadə və S.Kazımzadənin vəziyyəti kafi olaraq dəyərləndirilir.
Digər dəm qazından zəhərlənmə hadisəsi isə Lənkəran rayonunun Balıqçılar qəsəbəsində qeydə alınıb. Sözügedən qəsəbədə isə biri uşaq olmaqla 3 nəfər zəhərlənib. Belə ki, Sadıqova Tünzalə, Sadıqova Təxminə və onun qızı 2012-ci il təvəllüdlü Sadıqova Yaqut evlərində dəm qazından zəhərləniblər. Hər 3 şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hər iki zəhərlənmə faktı araşdırılır.(Sputnik)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda kişi oğurladığı pulla özünə maşın aldı - FOTO
Gəncədə məhbus özünə xəsarət yetirdi
Abid Şərifovun səhhəti pisləşdi - Xəstəxanaya aparıldı
İtaliyada təyyarə binaya çırpıldı: Biri uşaq olmaqla 8 ölü...
Rusiyada dəhşətli hadisə: dörd azərbaycanlı diri-diri yandı - VİDEO
Lənkəranda koronavirus xəstələrinə cinayət işi başlanılıb
Maşını təmir edən usta həlak oldu