29.06.2022 - 16:32
Dünya 1 baxış

Belarusda Rusiya ordusuna mane olan üç partizanı ölüm cəzası gözləyir

Belarus İstintaq Komitəsi 3 “dəmiryol partizanı” ilə bağlı istintaqın başa çatdığını elan edib, iş məhkəməyə göndərilmək üçün prokurorluğa verilib.

Musavat.com xəbər verir ki, bununla bağlı “Azadlıq” radiosunun Rusiya bölməsi tərəfindən məlumat yayılıb.

Qeyd edək ki, Belarusun Qomel vilayətinin 3 sakini fevralın 28-dən martın 1-nə keçən gecə dəmiryolda təxribat törətməkdə təqsirləndirilir. Onlar Rusiya ordusu üçün Ukraynaya silah-sursat aparan qatarlara mane olmaq istəyirlərmiş.

Həmin şəxslərə “terror aktı” törətmək və “dövlətə xəyanət” daxil olmaqla 4 maddə ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərin 29, 33 və 51 yaşları var. Hüquq müdafiəçiləri onların şəxsiyyətlərini də müəyyənləşdirib. Bunlar Dmitri Raviç, Denis Dikun və Oleq Molçanovdur.

Belarus Respublikasının İstintaq Komitəsi onların ölüm cəzası ilə üzləşə biləcəyi haqda xəbərdarlıq edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: