Belarus İstintaq Komitəsinin rəhbəri: “Azərbaycan ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik”

“Belarusun İstintaq Komitəsi Azərbaycan ilə əməkdaşlığı gücləndirmək niyyətindədir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Belarus İstintaq Komitəsinin rəhbəri Dmitri Qora bildirib.
“Səfərimizin məqsədi Azərbaycanın Baş Prokururluğu ilə Belarus İstintaq Komitəsi arasında artıq formalaşmış münasibətləri möhkəmləndirmək, fəaliyyətimizi praktiki istiqamətə yönəltməkdir”, – o deyib.
Belarus İstintaq Komitəsinin rəhbəri Azərbaycanın Baş Prokururluğunun təcrübəsini mənimsəməyə və təcrübə mübadiləsi aparmağa hazır olduqlarını qeyd edib.
O dünən Bakıda Azərbaycanın Baş Prokururluğunun Elmi-Tədris Mərkəzi ilə “Belarus Respublikasının İstintaq Komitəsinin İxtisasartırma və Təkmilləşdirmə İnstitutu” arasında əməkdaşlıq haqqında memorandumun imzalandığını qeyd edib.
“Bu memorandum əsasən niyyət bəyannaməsidir, lakin səfər çərçivəsində elmi, ilk növbədə tədris fəaliyyətinin konkret istiqamətləri işlənib”, – D.Qora bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi