BDU-nun tələbəsi virus təhlükəsi ilə xəstəxanaya aparılıb - Yenilənib
Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən Bakı Dövlət Universitetinin çinli tələbəsi evə buraxılıb.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, həkimlərin nəzarətindən keçən tələbədə hər hansı virusa yoluxma halı aşkar edilməyib.
Rusiyanın Krosnayarsk vilayətindən Azərbaycana gələn şəxs isə 1 saylı Kliniki Tibbi Mərkəzə öskürək və asqırmaqla bağlı müraciət edib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Həmin xəstədən də nümunələr götürülüb laboratoriyaya göndərilib. Yaxın vaxtlarda nəticələr məlum olduqdan sonra evə buraxılacaq.
***
Səhiyyə Nazirliyi də tələbəylə bağlı açıqlama yayıb. Bildirilir ki, Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub. Ayın 27-si KTM-ə respirator infeksiya ilə mürəciət edib. Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir.
Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda