"Bazel"in futbolçusu: "Qarabağ" güclü komandadır"
“Qarabağ” güclü və təcrübəli rəqibdir. Bu komanda UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Amma biz onları təhlil etmişik və matça hazırıq”.
Minval.info-nun məlumatına görə, bu fikirləri İsveçrənin “Bazel” klubunun futbolçusu Paytim Kasami “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasınınq qrup mərhələsinin VI tur oyunu barədə “Bzbasel”ə açıqlamasında deyib.
29 yaşlı yarımmüdafiəçi H qrupundakı durumla bağlı danışıb: “Bizi riyazi hesablamalar maraqlandırmır. Bu qarşılaşmada qalib gəlmək istəyirik. Gələn ilin fevralında pley-off oynamaqdansa, bu gün qələbə qazanmaq daha asandır”.
Kasami oyuna marağın az olmasına da toxunub: “Görüşün başlama vaxtı qəribədir, həm də hava isti deyil. Yəqin ki, bu səbəbdən, azarkeşlər maraq göstərmir”.
Qeyd edək ki, bu gün “Sent Yakob-Park” stadionunda keçiriləcək “Bazel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4