"Bazel"in baş məşqçisi: "Bizi "Qarabağ"la finala bərabər oyun gözləyir"
“Əks-hücumlara axmaqcasına çıxırdıq. Buna baxmayaraq, penalti qazandıq. Amma istifadə edə bilmədik. Bəzi epizodlarda oyunçularım məsuliyyəti öz üzərinə götürməliydi. Biz isə meydanda intihar etməyi seçdik”.
Minval.info-nun məlumatına görə, bu fikirləri “Bazel”in baş məşqçisi Patrik Rahmen evdə “Lozanna” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri İsveçrə Super Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
Komandasının çıxışından narazı qalan 52 yaşlı mütəxəssis bu görüşü unutmalı olduqlarını bildirib: “Çünki cümə axşamı günü UEFA Konfrans Liqasında vacib oyuna çıxacağıq. Bizi “Qarabağ”la finala bərabər matçı gözləyir”.
Qeyd edək ki, “Qarabağ” noyabrın 9-da keçiriləcək “Bazel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır