Bayramla əlaqədar Nazirlikdən əhaliyə
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
FHN-in Mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:
“Hazırda bütün dünyada davam edən pandemiya fonunda ölkəmizdə də COVID-19 virusunun yayılması insanların həyat və sağlamlığı naminə Novruz bayramının bu il ənənəvi şəkildə qeyd olunmasını arzuolunmaz edir.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, qarşıdan gələn qeyri-iş günlərini yalnız ailə üzvləri ilə keçirməyə, kütləvi məclislərdən və bir yerə toplanmaqdan çəkinməyə, şəxsi gigiyena qaydalarına riayət etməyə və qoruyucu maskadan istifadə etməyə çağırır.
Həmçinin, mümkün arzuolunmaz hadisələrin qarşısını almaq üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha xatırladırıq.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO