Bayılla bağlı yeni qərar - Bu gündən...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən Bayıl yamacında – Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində tədqiqatlar aparmaq üçün yeni cihazlar – topoqrafik reperlər quraşdırmağa başlayacaq.
Minval.İnfo xəbər verir ki, bunu Trend-ə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, ərazidə üfüqi hərəkətləri izləmək üçün müşahidə nöqtələrində bir necə reper quraşdırılacaq. Bu cihazlar vasitəsilə ərazidəki kiçik tərpənişləri belə qeydə almaq mümkün olacaq.
Ə.Qaralov bildirib ki, hazırda Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində vəziyyət stabildir, ciddi aktivləşmə qeydə alınmayıb.
Qeyd edək ki, indiyədək ərazidə tədqiqatların aparılması üçün mayaklardan istifadə edilirdi. Lakin mayaklar Yer səthində çox kiçik tərpəniş olan kimi çatlayırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Avropada yeni sərhəd sistemi təxirə salındı
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Balqabaq mövsümü başladı: Qiymət və faydaları açıqlanır
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur