Baş redaktor məhkəmədə ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə A.Məmmədov özünü təqsirli bilmədiyini deyib.
O, sərbəst ifadəsində ona qarşı irəli sürülmüş ittihamları absurd hesab edib. Onun sözlərinə görə, saytda yazdığı yazılar sırf jurnalistika peşəsinə uyğun olub:
“Yazılardan biri “Turan” İnformasiya Agentliyindən istinadla vermişəm. Digərini isə politoloq Ərəstun Oruclunun Gəncə hadisələri ilə bağlı yazdığı bloquna istinadən vermişəm. Bu yazılara istinad etdiyim üçün heç bir məsuliyyət daşımıram. Gəncənin sabiq icra başçısı Elmar Vəliyevlə heç bir ədavətim və ümumiyyətlə münasibətim belə olmayıb”.
Daha sonra A. Məmmədovun həyat yoldaşı Gülnar Məmmədova şahid qismində məhkəməyə dəvət edilib. O, yaxın qohum olduğunu deyərək, ifadə verməkdən imtina edib.
Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.
Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binəqədinin yeni icra başçısı o olacaq - İDDİA
Canavarlar kəndə hücum etdi: Heyvanları parçalayıblar – VİDEO
İcra başçısı oğluna yarım milyonluq lüks maşın aldı (FOTO)
Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yeni namizəd irəli sürüb
Üç nazirlik və bir komitə bu statusunu itirdi
İcra başçısının Avropadakı biznesi - (FOTOFAKT)
“Zerkalnı” nömrələrin yeni qiymətləri açıqlandı - RƏSMİ