Baş Prokurorluqda yeni kadr təyinatları olub
Azərbaycan Respublikasının prokurorluq orqanlarında yeni strukturun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Bu barədə “minval”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Bakı şəhər prokurorluğunda institusional struktur dəyişiklikləri davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili Təhlükəsizlik şöbəsi ləğv edilib, Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinə birləşdirilmiş və bununla əlaqədar bir sıra vəzifələrə təyinatlar həyata keçirilib.
Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Natiq Eyvazov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi, Səbuhi Alıyev isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Həmçinin, Baş prokurorun imzaladığı əmrlərlə Günay Əyyubova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş, Zaur Axundzadəyə isə Bakı şəhəri Pirallahı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavini, Pərvin Quliyev Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Rövşən Əliyev Təşkilat və icraya nəzarət idarəsinin, Cəlaləddin Axundov Prokurorluqda istintaqa nəzarət idarəsinin, Əmir Qaloyev Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO