30.03.2018 - 09:37
Sosial 18 baxış

Baş nazir qaydalara dəyişiklik etdi

Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”nda bir sıra dəyişikliklər edib.

Minval.info xəbər verir ki, “Azərbaycan Respublikasının Energetika Nazirliyinin “Dövlət Enerjinəzarət” İdarəsinin (bundan sonra – “Dövlət Enerjinəzarət” İdarəsi)” sözləri “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra – Enerji Məsələlərini Tənzimləmə Agentliyi)” sözləri ilə əvəz edilir.

Həmçinin “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 18-ci hissəsində, 2 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində, 3 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində “Dövlət Enerjinəzarət” İdarəsinin” sözləri “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin” sözləri ilə əvəz edilir.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: