Baş nazir: “Hazırda Britaniya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir”

“Hazırda Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir”.
Minval.info-nun xəbərinə görə, bu fikirlər Böyük Britaniyanın Baş naziri Boris Consonun Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
“Biz növbəti ildə Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edəcəyik. Böyük Britaniya Azərbaycanın dünyada artan rolunu alqışlayır. Cənab Prezident İlham Əliyev, Siz Qoşulmama Hərəkatının sədri kimi, narkotik dövriyyəsinə qarşı mübarizəyə töhfə vermisiniz, Azərbaycan Əfqanıstanda Kabil hava limanının müdafiəsində aktiv rol oynayıb. İki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram”, – hökumət başçısı vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi