Baş nazir: "Gürcüstan və Azərbaycan bir-birinə çox bağlıdır və qarşılıqlı əlaqədəyik"
“Cənab Prezident, məni qəbul etdiyinizə görə təşəkkür edirəm. Sizinlə yenidən Bakıda görüşmək böyük məmnuniyyət və şərəfdir. Qeyd etdiyiniz kimi, biz səfərimizi mənim koronavirusa yoluxmağım səbəbindən təxirə salmaq məcburiyyətində olduq”.
“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
“Lakin şadam ki, bu gün Bakıdayıq. Siz qeyd etdiniz ki, bizim mükəmməl münasibətlərimiz var və münasibətlərimiz əsrlər boyu davam edir. Mən Sizin atanızın vaxtilə Tbilisidə dediyi sözləri təkrar etmək istəyirəm – tale belə müəyyənləşdirib və bəxtimiz gətirib ki, biz qonşuyuq, gürcü və Azərbaycan xalqları qonşudurlar. Bu, bizim taleyimizdir. Biz bir-birimizə çox bağlıyıq və qarşılıqlı əlaqədəyik”, – o əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi