Baş konsulluq Türkiyədəki azərbaycanlılara müraciət etdi
Azərbaycanın İstanbuldakı Baş konsulluğu koronavirus səbəbindən Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədə viza və ya ölkədə qalma müddəti bitən vətəndaşlara müraciət edərək konsulluqla əlaqə saxlmağa çağırıb.
Konsulluqdan “Report”un yerli bürosuna verilən məlumata görə, hazırda Türkiyə – Azərbaycan arasında olan uçuşlarının təxirə salınması səbəbilə, viza və ya ölkədə qalma müddəti bitən vətəndaşlar ad, soyad, pasport məlumatlarını konsulluğa təqdim etməlidirlər.

Belə ki, diplomatik nümayəndəlik ilə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında əldə olunmuş razılığa əsasən vətəndaşlarımız bu məlumatlarla yanaşı Türkiyə Respublikasından çıxış edəcəkləri sərhəd keçid məntəqələrinin adlarını bildirəcəyi təqdirdə, sözügedən şəxslərin viza və ya ölkədə qalma qaydalarının pozuntularından irəli gələn cərimə tətbiqindən azad olunması nəzərdə tutulur.

Konsulluqdan verilən məlumatda həmçinin deyilir ki, Azərbaycan vətəndaşları qeyd olunan məlumatları Baş konsulluğun [email protected] elektron ünvanına göndərməlidilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş redaktor nüfuzlu "Habertürk"də Xocalı soyqırımından danışdı — VİDEO
Mitinq təşkilatçılarına rəsmi xəbərdarlıq edildi
Bu ilin ikinci Ay tutulması başladı
“Erkin imtina etsə, “molodes, bravo, oğulsan” deyəcəklər...”
“Bacarmırsan, istefa ver! Sənə görə dəsmal götürüb ağlayım?”
Hacı Şahinin sözləri müzakirələrə səbəb oldu - İlahiyyatçıdan REAKSİYA
