12.11.2021 - 13:40
Siyasət
1 baxış
Baş idarənin rəisi generala müavin təyin olundu
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib.“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Habil Nağıyev Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, H.Nağıyev bu təyinata qədər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi vəzifəsində çalışıb. Bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə ona Dövlət Miqrasiya Xidmətinin III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsində daha əvvəl general-mayor Şahvələd Əliyev çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramzan Kadırov yenidən Çeçenistan rəhbəri seçildi
20.09.2021 - 12:48
Abdullah Gül prezidentliyə namizədlik planları qurur?
03.08.2019 - 11:58
İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır
27.12.2021 - 11:00
Ermənistan müdafiə nazirinin birinci müavini işdən çıxarılıb
02.08.2021 - 14:21
Prezident İlham Əliyev İsveçrə Prezidentini təbrik edib
31.07.2019 - 18:12
Zaxarova Lavrovun Hitlerlə bağlı sözlərinə aydınlıq gətirdi
04.05.2022 - 11:21
Əli Əhmədov: "Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz"
26.11.2020 - 14:22