07.01.2021 - 16:50
Hadisə 1 baxış

Baş həkim koronavirusdan vəfat etdi

Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov koronavirusdan vəfat edib.

Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda xəstəxanadan bildirilib.

59 yaşlı baş həkim təxminən bir ay əvvəl koronavirusa yoluxub. Xəstəxanada müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb və ötən gün dünyasını dəyişib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: