“Barselona” futbolçularını neçəyə satır – Qiymətlər
İspaniya futbol nəhənglərindən “Real”la “Barselona” transfer bazarında çox fəaldır. Hər iki komanda maksimum güclənmək haqda düşünür.
Bizimyol.info xəbər verir ki, “Çelsi”nin hücumçusu Eden Azarın “Real”a keçidi həllini tapıb. Belçikalı Avropa Liqasının Bakı finalından sonra Madridə gedəcək.

“Barselona” isə “Ayaks”dan Frenki de Yonqla müqavilə bağlayıb. İndi Kataloniya klubunu iki mümkün transfer çox narahat edir.
“Barselona” “Atletiko”dan Antuan Qrizmann və “Ayaks”ın başqa bir futbolçusu Matteys de Liqt ilə anlaşmaq üzrədir. Sadəcə, bir az pul çatmır. Buna görə də 10 futbolçunu satmaq lazımdır.

Frenki de Yonqun transferi 75 milyon avroya başa gəlib. Qrizmanna 120, de Liqtə görə 70 milyon avro ödəmək lazım gələcək. Ümumilikdə 265 milyon avro. Buna görə də “Barselona” satışa çıxardığı futbolçulara qiymət qoyub.

Ən bahalısı Filip Koutinyodur (100 milyon avro). İvan Rakitiç 50, Samuel Umtiti və Malkom 40, Nelson Semedu 35 milyon avroya satılır. Andre Qomeşin transferi təxminən 20-25 milyon avroya başa gələ bilər. Yasper Sillesen ondan azacıq bahadır (30 milyon avro). Ən aşağı qiymət Mark Kukurelyaya qoyulub (10 milyon avro). Denis Suares və Rafinya Alkantaranın məsələsi hələ açıq qalıb. Yəni konkret qiymət müəyyənləşdirilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
