Barselona əfsanəsi serxi roberto yeni macəranın izində: MLS-də hansı uğurlara imza atacaq?
“Barselona”nın keçmiş kapitanı və tanınmış yarımmüdafiəçisi Serxi Roberto, futbol karyerasını ABŞ-də davam etdirmək qərarına gəlib.
Minval.info xəbər verir ki, 34 yaşlı futbolçu, “Los-Anceles Qalaksi” klubuna azad agent statusunda qoşulub. MLS təmsilçisi bu transferi rəsmi olaraq təsdiqləyib. Roberto ilə imzalanan müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq və əlavə olaraq, müqavilənin 2029-cu ilə qədər uzadılması seçimi də mövcuddur.
“Barselona” akademiyasının yetişdirməsi olan ispaniyalı futbolçu, 2006-2024-cü illər arasında klubun müxtəlif yaş qruplarında çıxış edib. Əsas komandada oynadığı 373 matçda 19 qol vurmuş və 43 məhsuldar ötürmə ilə yadda qalmışdır. Roberto, eyni zamanda, İtaliyanın “Komo” klubunda da forma geyinmişdir.
ƏLAQƏLİ
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı
Emin Mahmudov milli karyerasını başa vurmaq qərarına gəlib
Neymardan Ronaldoya vida mesajı: Əfsanə!
Qadın hakimə qarşı seksist təhqirlər: İstintaq başladıldı
Batrakov: "Çox xoşbəxtəm"
İspan futbolçu Xesus de Migel qapıçı ilə toqquşmadan sonra vəfat edib