"Barselona"dan Messi ilə bağlı yeni qərar
“Barselona” klubu ulduz futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edib.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu argentinalı hücumçunun karyerasını başa vuracağı vaxta qədər komandada qalmasını istəyir. Bu səbəbdən klub 32 yaşlı oyunçunun müqaviləsinin müddətini özünün seçməsini təklif edib. “Barsa”nın Messinin ən azı 2023-cü ilin yayına kimi komandada qalmağı istədiyi vurğulanıb.
Messi və agentinin gələn yeni təklifi bəyəndiyi bildirilib. “Barselona”da hazırda ilinə 34 milyon avro maaş alan Argentina millisinin üzvü yeni təklifi qəbul edəcəyi təqdirdə, eyni məbləği almağa davam edəcəyi qeyd olunub.
Qeyd edək ki, Messinin “Barselona” ilə hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi