Bank kartları ilə bağlı yeni məhdudiyyətlər: Gündəlik limitlər necə dəyişəcək?
Azərbaycanda bank kartları ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunacaq. Bu məhdudiyyətlər sabahdan etibarən qüvvəyə minəcək və nağdsız mədaxil əməliyyatlarını əhatə edəcək.
Minval.info xəbər verir ki, bir sıra banklar müştərilərinə bu dəyişikliklər barədə SMS və mobil tətbiqlər vasitəsilə məlumat çatdırmağa başlayıb. Bildirişlərdə qeyd olunur ki, 6 avqust 2026-cı ildən etibarən rəqəmsal ödənişlərin təhlükəsizliyini artırmaq məqsədilə yeni limitlər tətbiq ediləcək.
Yeni qaydalara əsasən, bir karta gün ərzində maksimum 5 nağdsız mədaxil əməliyyatı həyata keçirilə bilər və aylıq ümumi mədaxil məbləği 20 000 manatla məhdudlaşdırılacaq. Kartlardan həyata keçirilən köçürmələr isə bu məhdudiyyətlərdən təsirlənməyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan Tibb Universitetində Adilə Namazovanın 100 illiyi qeyd edildi
Qəbələdə Yengicə su anbarının tikintisi davam etdirilir
Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir
Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı
Sabah 16 dərəcə isti olacaq
Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağdı