01.09.2026 - 13:40
Ölkə 24 baxış

Balıq ovu mövsümü başladı: Qaydalara əməl edin!

Sentyabrın 1-dən etibarən Azərbaycanda balıq ovu mövsümü rəsmi olaraq açıq elan edilir. Kürüləmə dövrü ilə əlaqədar olaraq tətbiq edilən moratoriumun müddəti başa çatır və balıq ovu fəaliyyətləri yenidən başlayır. Bu qərar, Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən həyata keçirilir.

Minval.info xəbər verir ki, Xəzər dənizi, Kür çayı, Sarısu gölü, Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında balıq ovu fəaliyyətləri üçün mövsüm açıq elan olunub. Balıq ovu ilə məşğul olan şəxslərin mövcud qaydalara riayət etməsi və ov fəaliyyətini qanunvericiliyə uyğun şəkildə həyata keçirməsi vacibdir.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində balıq ovu qaydalarına əməl olunmasına, qanunsuz ov hallarının qarşısının alınmasına və su bioresurslarının qorunmasına diqqət yetirilir. Qanunsuz balıq ovunun qarşısının alınması üçün vətəndaşların dəstəyi də vacibdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: