18.09.2026 - 14:41
Lent 20 baxış

Bakubus sürücüləri "İntizar"la musiqi günü qeyd etdi

“BakuBus” MMC-nin sürücü heyəti 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə unikal bir layihə həyata keçirib. İlk dəfə olaraq, sürücülər sükan arxasında deyil, mikrofon qarşısında öz istedadlarını nümayiş etdiriblər. Onlar Elmira Rəhimovanın məşhur “İntizar” mahnısını ifa edərək, musiqiyə olan sevgilərini göstəriblər.

Minval.info xəbər verir ki, bu layihə çərçivəsində sürücülərimiz Südabə Şəfaya sözləri, Nüşabə Muradovaya musiqisi aid olan bu lirik əsəri öz səmimi ifaları ilə yeni bir rəng qataraq təqdim ediblər. Çəkilişlər “BakuBus”ın deposunda baş tutub və bu qeyri-adi sənaye mühiti musiqinin duyğusal atmosferi ilə mükəmməl bir harmoniya yaradıb.

“BakuBus” bu təşəbbüsün əsas məqsədinin ictimai nəqliyyat sahəsində çalışan insanların zəngin daxili dünyalarını ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb. Layihənin ərsəyə gəlməsində əməyi keçən istedadlı sürücülərə və dəstəkçilərə dərin minnətdarlıq ifadə edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: